Uqandalı Olimpiya idmançısı keçmiş sevgilisi tərəfindən yandırılıb.
"Unikal" xarici meddiaya istinadən xəbər verir ki, hadisə Rebekka Çepteqey evə qayıtdıqdan bir neçə həftə sonra baş verib. İdmançı ilə mübahisə etdikdən sonra keçmiş sevgilisi onun otağına daxil olaraq ona benzin töküb və kibrit yandırıb.
Yanğına qonşular müdaxilə edərək təcili yardım çağırıb. Qadın və yanğın törədən şəxs xəstəxanaya aparılıb. Nəşrin məlumatına görə, qaçışçının bədəninin 75%-i yanıb.