Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın Poltavaya endirdiyi zərbə nəticəsində 51 nəfərin öldüyünü, 271 nəfərin yaralandığını bildirib.

"Unikal" xəbər verir ki, bu barədə o, "Telegram" kanalında yazıb. Zelenski dağılmış binanın dağıntıları altında insanların olduğunu deyib.

Qeyd edək ki, Poltava vilayətində Rusiyanın hücumu nəticəsində həlak olanlar üçün üç günlük matəm elan edilib.