Sentyabrın 1-dən Təl-Əviv, Qüds və İsrailin digər böyük şəhərlərində kütləvi etiraz aksiyaları keçirilir.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, 7 oktyabr 2023-cü ildə Fələstin qruplaşmasının hücumu zamanı əsir götürülən qalan 100 girovu xilas etmək üçün hökumətdən HƏMAS ilə danışıqlara başlamağı tələb edən yüz minlərlə insan ölkə boyu küçələrə axışır.
Avqustun 31-də İDF Qəzza zolağının cənubundakı Rəfah şəhəri yaxınlığındakı yeraltı tuneldə altı girovun cəsədini aşkar edib. Girovlar İsrail hərbçiləri əraziyə gəlməmişdən bir müddət əvvəl radikallar tərəfindən öldürülüb. Ertəsi gün insanlar HƏMAS-la təcili razılaşma tələbi ilə çıxmağa başladılar.
Bu arada hökumət fələstinlilərlə danışıqlar zamanı güzəştə getmək niyyətində deyil. İsrail mediasının məlumatına görə, baş nazir Benyamin Netanyahu nazirlərlə görüşündə deyib ki, İsrail “Qəzzada hərbi əməliyyatlarını davam etdirməlidir”.
Gülayə Mecid