Qələbənin 80 illiyi münasibətilə Moskvada keçiriləcək parad ərəfəsində MDB-nin qeyri-rəsmi sammiti planlaşdırılır.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Böyük Vətən Müharibəsində Qələbə günü ilə birlikdə MDB-nin qeyri-rəsmi sammiti planlaşdırılır, bir çox başqa ikitərəfli təmaslar da planlaşdırılır", - deyə Peskov qeyd edib.
Bundan əvvəl MDB-nin baş katibi Sergey Lebedev bəyan etmişdi ki, Birlik ölkələri liderlərinin sammiti oktyabrın 8-də Moskvada baş tutacaq.
Ağarza Elçinoğlu