Ukrayna Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Dmitri Kuleba istefa verib.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat yayıb.
Qeyd olunub ki, nazir istefa ərizəsi ilə Ali Radaya müraciət edib.
"Ukrayna Ali Radası Ukraynanın Xarici İşlər Naziri Dmitri İvanoviç Kulebadan istefa məktubu alıb", - deyə Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk qeyd edib.
Onun sözlərinə görə, ərizəyə qarşıdakı plenar iclaslardan birində baxılacaq.
Ağarza Elçinoğlu