Venesuela prezidenti Nikolas Maduro sürpriz addım atıb.
"Unikal" xəbər verir ki, Venesuela prezidenti Nikolas Maduro Milad bayramını oktyabr ayına keçirmək qərarına gəlib.
Belə ki, Maduro Milad şənliklərinin oktyabrda başlayacağını açıqlayıb. Maduro "Sentyabrdayıq və Milad bayramını artıq hiss edirik. Ona görə də Milad bayramını bu il oktyabrın 1-nə keçirmək qərarına gəldim",- deyə bildirib.
Venesuela liderinin bu addımı ölkədə müxalifətin etirazlarını dağıtmaq üçün atılan addım kimi qiymətləndirilib.
Zərifə Nağıyeva