Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın istefasını şərh edib.
"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Payızdır, yarpaq tökülür, budaqlar üzə çıxır", - deyə diplomat lakonik cavab verib.
Qeyd edək ki, Ukrayna XİN rəhbəri Dmitri Kuleba bu gün istefa ərizəsini Ali Radaya təqdim edib.
Ağarza Elçinoğlu