Sosial mediada Kamala Harrislə Tramp arasında söz savaşı davam etdiyi bir vaxtda Trampı dəstəklədiyini açıqlayan İlon Mask Harrislə bağlı paylaşım edib.

"Unikal" xəbər verir ki, o, Kamala Harrisin sosial media hesabında "Tramp vəzifəyə gəlsə, ilk gündən diktator olacaq, onu dayandırmalıyıq" yazısına cavab verərək, Kamala Harrisin süni intellekt tərəfindən hazırlanmış fotosunu  paylaşıb.

Harrisin köhnə sovet formasında və çəkic, oraq motivli papağında əks olunan həmin fotosunun altında İlon Mask "Kamala ilk gündən kommunist diktator olmağa and içib, onun bu paltarı geyindiyini təsəvvür edirsinizmi ?",- qeydini əlavə edib.

Qeyd edək ki, Tramp hər fürsətdə Harrisi ifrat solçu olmaqda ittiham edir. O, hətta rəqibinə “kommunist və yoldaş Kamala” deyə müraciət edir.

Zərifə Nağıyeva