Küveytin ərazi sularında altı ekipaj üzvü olan İran gəmisi batıb. 

"Unikal" xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.

Məlumata görə, hadisəyə səbəb əlverişsiz hava şəraiti olub: "Yük gəmisinin kapitanı Küveyt Sahil Mühafizəsi ilə əlaqə saxlayıb və onların pis hava şəraiti səbəbindən batdığını bildirib".

Altı ekipaj üzvünün hamısının həlak olduğu bildirilir. Onlardan üçü iranlı, üçü isə hindistanlıdır. Üç ekipaj üzvünün cəsədi tapılıb.

Ağarza Elçinoğlu