Rus ordusu Ukraynanın Lvov vilayətini kütləvi raket atəşinə tutub.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat yayıb.
Bildirilib ki, Lvova edilən hücumlar nəticəsində 7 nəfər ölüb, 45 nəfər şəhər xəstəxanalarına yerləşdirilib. Onlardan yeddisi uşaqdır.
Şəhərin meri Andriy Sadovoyun sözlərinə görə, iki rayon - Frankivski və Zalizniçnıy rayoları hücuma məruz qalıb. Zərbə şəhərin tarixi hissəsinə dəyib. Dağıntıların təmizlənməsi və yanğınların söndürülməsi davam edir.
O, eyd edib ki, vurulan obyektlərin əksəriyyəti tarixi irsdir: "Zərər vuran obyektlərin əksəriyyəti tarixi irsdir. Ümumilikdə 70 binaya ziyan dəyib... Görünür, bu, birləşmiş hücum idi. Həm raketlər, həm də pilotsuz təyyarələr".
Ağarza Elçinoğlu