Bu gün futbol üzrə UEFA Millətlər Liqasında 2024/2025-ci illər mövsümünə start veriləcək.

"Unikal" xəbər verir ki, turnirin ilk günündə 9 qarşılaşma keçiriləcək.

A Liqasında İsveçrə Danimarka, Xorvatiya Portuqaliya, Polşa Şotlandiya, İspaniya Serbiyanın qonağı olacaq. C Liqasında Azərbaycan İsveç, Belarus Bolqarıstan, Estoniya Slovakiya, Şimali İrlandiya Lüksemburqu sınağa çəkəcək. D Liqasında isə bir görüş baş tutacaq. San-Marino doğma meydanda Lixtenşteyni qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq Azərbaycan – İsveç görüşü saat 20:00-da, digər matçlar isə Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Qeyd edək ki, UEFA Millətlər Liqasında qrup mərhələsinin digər oyun günləri 8-10 sentyabr, 10-12, 13-15 oktyabr, 14-16 və 17-19 noyabrdır.