UEFA Millətlər Liqasının C Divizionunun ilk turunda Bakıda üz-üzə gələcək Azərbaycan və İsveç yığmalarının start heyətləri açıqlanıb.

"Unikal" xəbər verir ki, komandalar meydana aşağıdakı “11-liklər”lə çıxacaq:

Azərbaycan: Mehdi Cənnətov, Bədavi Hüseynov, Elvin Cəfərquliyev, Bəhlul Mustafazadə, Abbas Hüseynov, Emin Mahmudov, Aleksey İsayev, Coşqun Diniyev, Ramil Şeydayev, Renat Dadaşov, Toral Bayramov

Baş məşqçi: Fernandu Santuş

İsveç: Viktor Yohansson, Lüdviq Aqustinson, Aleks Duqlas, İsak Hin, Linus Valkvist, Yasin Ayari, Mattias Svanberq, Antoni Elanqa, Deyan Kulusevski, Viktor Dyökereş, Aleksandr İsak

Baş məşqçi: Yon Dal Tomasson

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.