Hollandiya Ukraynaya hərbi yardım üçün 80 milyon avro ayırıb.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi “X”sosial şəbəkəsində bildirib.

Məlumata görə, Hollandiya F-16-lar üçün 80 milyon avro ayıracaq.

Bundan əlavə, Hollandiya Ukraynanı hava raketləri ilə təmin edəcək.

“Ukraynanın hava hücumundan müdafiə imkanlarının gücləndirilməsi bizim əsas prioritetimizdir və biz Hollandiyanın dəstəyini yüksək qiymətləndiririk”,- məlumatda qeyd olunub.