Müxalifətin və bəzi KİV-in hərəkətləri Slovakiyanın baş naziri Robert Fitsoya qarşı sui-qəsdin təkrarlanmasına səbəb ola bilər.

"Unikal" xəbər verir ki, bunu Slovakiya hökumətinin başçısı güllələndiyi Slovakiyanın Qandlova şəhərinə işgüzar səfəri zamanı bildirib.

Fitso, "Mən bu sui-qəsd cəhdindən deyil, müxalifətin və bəzi media orqanalrının etdiklərinə görə travma aldım" deyib. 

Baş nazir əlavə edib ki, müxalifət və media oxşar hekayənin təkrarlanmasına səbəb ola biləcək bir atmosfer yaradır və "ən çox qorxduğu" da  budur.

Baş nazir həmçinin qeyd edib ki, o, şəhərə hökumətin iş proqramı çərçivəsində gəlib, çünki bu bölgənin dəstəyə ehtiyacı var.