Azərbaycanın minifutbol komandaları Çempionlar Liqasında bu gün bir-biriləri ilə üz-üzə gələcəklər.

"Unikal" xəbər verir ki, “Birbaşa Bakı” və “AzNur” Polşanın paytaxtı Varşavada keçirilən turnirin 1/8 finalında görüşəcəklər.

Qarşılaşma Bakı vaxtı ilə saat 15:30-da start götürəcək.

Qeyd edək ki, “AzNur” C qrupunu 5 xalla üçüncü pillədə başa vurub. Eyni xalı toplayan “Birbaşa Bakı” isə E qrupunda lider olub.