Azərbaycan paralimpiyaçıları "Paris-2024" Yay Paralimpiya Oyunlarını 11 medalla başa vurublar.

"Unikal" xəbər verir ki, son olaraq paraüzgüçü Raman Saley fəxri kürsüyə qalxıb.

S12 kateqoriyasında çıxış edən idmançı 100 metr məsafəyə "butterfly" (kəpənək) üzmə üsulunda 58.13 saniyə nəticə ilə üçüncü yeri tutub.

Beləliklə, Azərbaycan paralimpiyaçıları nüfuzlu yarışda 4 qızıl, 2 gümüş və 5 bürünc medal qazanıblar.