Şüvəlan qəsəbəsi ərazisində yerləşən avtoyuma məntəqəsində “Khazar” markalı avtomobildən 1200 manatın oğurlanması barədə polisə məlumat daxil olub. 

"Unikal" xəbər verir ki, Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən orada işləyən V.Həsənov saxlanılıb.

Araşdırma aparılır.