İsrail yenə saxta sənədlərlə gündəmə gəlib.
“Unikal” Türkiyə KİV-ə istinadən xəbər verir ki, İsraildə ictimai rəyi formalaşdırmaq üçün xarici mətbuata saxta sənədlər təqdim edilib. Bu sənədlərin HƏMAS-a aid olduğu iddia edilib.
Yayımlanan saxta xəbərlər və saxta sənədlər İsrail Təhlükəsizlik Təşkilatında böyük narahatlıq və qəzəb doğurub.
Qeyd edək ki, bunun baş nazir Benyamin Netanyahu, yaxın həmkarları və hərbi rəsmilər arasında da gərginliyi artıracağı düşünülür.
Fidan Nuriyeva