46 yaşlı Aaron Ceyms 2021-ci ildə yüksək gərginlikli xəttə texniki xidmət göstərərkən keçirdiyi qəzada üzünün çox hissəsini itirib.
“Unikal” Türkiyə KİV-ə istinadən xəbər verir ki, Ceymsə çox az insana edilən qismən üz transplantasiyası əməliyyatı edilib.
Ceyms 140-dan çox səhiyyə işçisinin iştirak etdiyi 21 saatlıq əməliyyat keçirib. Donor gözündə görmə qabiliyyəti bərpa olunmayıb.
Onun oftalmoloqu, Vaidehi Dedania, “Əməliyyatdan sonra əldə etdiyimiz nəticələr qeyri-adidir. Bu nəticələr kritik duyğu orqanlarının transplantasiyası ilə bağlı araşdırmalara ilham verə bilər." açıqlamasında bildirib.
Qeyd edək ki, 46 yaşlı təqaüdçü hərbçi ABŞ-da üz transplantasiyası əməliyyatı keçirən 19-cu şəxs, bütövlükdə göz transplantasiyasına məruz qalan ilk insandır.
Fidan Nuriyeva