Polşa parlamentinin aşağı palatası (Seym) ukraynalı uşaqların Rusiya tərəfindən oğurlanmasını pisləyən qətnamə qəbul edib.
"Unikal" xəbər verir ki, "Ukraynalı uşaqların oğurlanmasının pislənməsi işi ilə bağlı" qətnamə sessiya zalında iştirak edən Seymin bütün deputatları tərəfindən simvolik ayaqda alqışlarla dəstəklənib.
"Polşa Respublikasının Seymi ukraynalı uşaqların qanunsuz övladlığa götürülməsi və ruslaşdırılması məqsədilə oğurlanmasını birmənalı şəkildə pisləyir”, - qətnamədə deyilir.