ABŞ-nin Kiyevin Rusiya Federasiyasının dərinliklərinə endirdiyi zərbələrə qoyulan məhdudiyyətləri aradan qaldırmağı nəzərdən keçirməsi Vaşinqtonun özünə də risklər əlavə edəcək.
"Unikal" xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.
Onun sözlərinə görə, Vaşinqtonun bəyanatları münaqişə zonasında öz məqsədlərinə çatmaq baxımından Rusiyaya psixoloji təsir göstərmək cəhdidir. Ryabkov vurğulayıb ki, bu cür bəyanatlar Rusiyanın kursunu dəyişməyəcək, əksinə, ABŞ və müttəfiqləri üçün risk və təhlükələr yaradacaq. Diplomat qeyd edib ki, ABŞ öz təhlükəsizliyində maraqlıdırsa, bu cür “təxribatçı hücumları” dayandırmalı və silah tədarükündən çəkinməlidir.