İnsan beyninin böyüyən bölgələrinin daha tez qocaldığı müəyyən edilib.

 

“Unikal” Türkiyə KİV-ə istinadən xəbər verir ki, Alimlər beyində 17 ayrı bölgənin olduğunu qeyd ediblər.

Bu bölgələrdən birinin də gözlərin arxasında yerləşən və qərarların qəbulunda mühüm rol oynayan orbitofrontal korteks olduğu məlum olub.

Daha sonra qocalma prosesini araşdıran qrup, beyinlərin zamanla kiçildiyini müşahidə edib.

Qeyd edək ki, bəzi hissələr daha sürətli kiçilsə də, insan beynində ən sürətli qocalmanın orbitofrontal korteksdə olduğu bildirilib. 

Fidan Nuriyeva