Bakıda qatarın vurub öldürdüyü qadının kimliyi bilinib.

"Unikal"ın Lent.az-a istinadən xəbərinə görə, həmin şəxs 15 yaşlı Mədinə Məmmədlidir.

Onun orta məktəbin 9-cu sinfində təhsil aldığı bildirilir.

Xatırladaq ki, hadisə dünən Bakı-Pirşağı-Sumqayıt qatar reysinin Zabrat qəsəbəsindən keçən hissəsində baş verib. Sürət qatarı hərəkətdə olarkən qatar yoluna qəfil çıxan bir qadını vurub. Stansiya əməkdaşları tərəfindən hadisə yerinə dərhal təcili tibbi yardım briqadası çağırılsa da, həmin şəxs aldığı ağır bədən xəsarətlərindən dünyasını dəyişib.