Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığı olub. 

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb. 

Bildirilir ki, tərəflər Ermənistan-Azərbaycan sülh prosesi ilə bağlı məsələləri, eləcə də ikitərəfli Ermənistan-Amerika gündəmini müzakirə ediblər.