Bakıda bacısını boğaraq qətlə yetirməkdə təqsirləndirilən Həsən Kərimovun cinayət işi üzrə məhkəməsi davam etdirilib.
"Unikal"ın əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs barəsində olan rəyin məhkəməyə daxil olduğunu bildirdi.
Prosesdə məhkəmə təkrar komision kompleks stasionar psixiatrik-psixoloji ekspertizanın rəyi müzakirə edildi.
Dövlət ittihamçısı Valeh Ələkbərov vəsatət qaldıraraq bildirdi ki, iş üzrə 2 ekspertiza rəyi olduğu üçün ziddiyyət yaranır. Ona görə təkrar kompleks komision stasionar psixiatrik-psixoloji ekspertizanın keçirilməsi məqsədəuyğundur.
Təqsirləndirilən şəxsin müdafiəçisi Yusif Kərimov diqqətə çatdırdı ki, vəsatət təmin edilməməlidir.
Buna baxmayaraq məhkəmə obyektivliyin təmin edilməsi üçün dövlət ittihamçısının vəsatətini təmin etdi.
Məhkəmə qeyri-müəyyən müddətə qədər təxirə salındı.
Qeyd edək ki, 2023-cü il oktyabrın 12-də saat 23 radələrində 2003-cü il təvəllüdlü İlahə Kərimovanın ölməsi barədə Binəqədi Rayon Prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla 2004-cü il təvəllüdlü Həsən Kərimovun Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evlərindən birində aralarında yaranmış mübahisə zamanı bacısı İlahə Kərimovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Həsən Kərimova qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Seymur Əli