Səudiyyə Ərəbistanının "Əl-Nəsr" və Portuqaliya millisinin 39 yaşlı hücumçusu Kriştiano Ronaldo daha bir açıqlaması ilə gündəmə gəlib. 

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

O, braziliyalı hücumçular Ronaldinyo və Ronaldonun oyununa baxaraq böyüdüyünü etiraf edib: "Əslində bunu deyə bilərəm. Onlardan daha çox fərdi titul qazandım. Ancaq Dünya Kubokunu qazandılar. Bu oyunçulara həqiqətən heyranam. Mən onların oyunlarına baxaraq böyümüşəm. Onlardan hansının daha yaxşı olması o qədər də vacib deyil". 

Ağarza Elçinoğlu