Ermənistanda Qərbi Nil qızdırmasından ölənlərin sayı 4 nəfərə çatıb.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzi məlumat yayıb.
Daha əvvəl 3 nəfərin öldüyü bildirilmişdi.
Son bir həftə ərzində 20 yeni yoluxma halı müəyyən edilib. Ermənistanda ümumilikdə 128 Qərbi Nil qızdırması halı qeydə alınıb.
Xatırladaq ki, Ermənistanda ilk dəfə virus xəstəliyinə yoluxma halı avqustun 21-də məlum olub. Qərbi Nil qızdırması insanlara ağcaqanad dişləməsi ilə keçir. Çox vaxt infeksiya asemptomatikdir. Xəstəliyin mümkün əlamətləri arasında qripə bənzər simptomlar var.