Azərbaycanın görkəmli ictimai xadimi, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci Dünya Müharibəsi veteranı Fatma Səttarova dəfn olunub.

"Unikal" xəbər verir ki, mərhumə II Fəxri xiyabanda torpağa tapşırılıb.

Dəfn mərasimdə mərhumənin yaxınları, ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

***

10:15

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci Dünya müharibəsinin iştirakçısı Fatma Səttarova vəfat edib.

"Unikal" xəbər verir ki, Fatma Səttarova 102 yaşında dünyasını dəyişib.

Fatma Səttarova "İstiqlal" ordeni ilə təltif olunmuşdu, Prezident təqaüdçüsü idi.