Ukraynanın ölkə ərazisini vermək və ya münaqişəni dondurmaq planları yoxdur.
"Unikal" "Strana" nəşrinə istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak bildirib.
"Əlbəttə ki, ərazilərin verilməsi, münaqişənin dondurulması anlayışları yoxdur", - o vurğulayıb.
Podolyakın sözlərinə görə, Ukraynadakı münaqişənin dondurulması "yalnız Rusiyanın əlavə resurslar toplamaq və davam etmək imkanı qazanmasına gətirib çıxaracaq".
Bundan əvvəl Amerikanın “The Washington Post” qəzeti yazıb ki, Ukrayna Silahlı Qüvvələri Rusiya Federasiyası ilə Ukraynadan Rusiyaya ərazi güzəştlərini nəzərdə tutan sülh müqaviləsi bağlanarsa, dövlət çevrilişi edə bilər.
Gülayə Mecid