Hacıqabulda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Unikal"ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Muğan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Bakı istiqamətdə hərəkətdə olan "Ford Tranzit" markalı yük avtomobili "Kamaz"a  arxadan çırpılıb. Qəza zamanı "Ford Tranzit"in sürücü xəsarət alıb.

Hadisə  yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov