İsrailin baş naziri Benyamin Netanyahu Livandakı partlayışlar fonunda təhlükəsizlik rəsmiləri ilə təcili iclas keçirib.
"Unikal" TASS-a istinadən xəbər verir ki, müzakirə mövzularından biri "Hizbullah"ın İsrailə qarşı mümkün cavab hücumudur.
Livan hökuməti rabitə cihazlarının partladılmasında İsraili günahlandırıb və hadisəni "təcavüz" adlandırıb.
Bundan əlavə, Livanın baş naziri vəziyyəti müzakirə etmək üçün kabinet iclası keçirib, həmçinin təhlükəsizlik rəsmiləri ilə məsləhətləşmələr aparıb.