ABŞ Federal Ehtiyat Sistemi (FED) son 4 ildə ilk dəfə faiz dərəcələrini aşağı salıb.

"Unikal" xəbər verir ki, faiz dərəcələrini sonuncu dəfə 2020-ci ilin mart ayında endirən bank, 2022-ci ilin martında faiz artırmağa başlayıb.

2022-ci il ərzində faiz dərəcələrini 4 dəfə 75 baza bəndi artıran FED, ilin son iclasında faiz artım tempini yavaşladıb və 50 baza bəndi artırıb.

Bank bu gün şura iclasından sonra faiz dərəcələrini 50 baza bəndi azaldıb.