Hacıqabulda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Unikal"ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Üzü Gəncə  istiqamətdə hərəkətdə  olan "Toyota Carolla " markalı minik maşını idarəetmədən çıxaraq beton arakəsməyə çırpılıb.

Qəza zamanı  minik maşınının sürücüsü xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə  yerinə DYP əməkdaşları cəlb olunub.Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov