Respublikaçı Alternativ (REAL) Partiyasına yeni sədr seçilib.
"Unikal" xəbər verir ki, bu barədə partiyanın yaydığı məlumatda bildirilib.
"Respublikaçı Alternativ (REAL) Partiyası Siyasi Komitəsinin 21 sentyabr 2024-cü il tarixli yekdil qərarı ilə Natiq Cəfərli yeni sədr seçilib. Qərara əsasən, o, partiya lideri olaraq fəaliyyətinə 1 oktyabr 2024-cü il tarixindən başlayacaq. Həmin vaxta qədər işləri əvvəlki sədrdən qəbul edəcək və Siyasi Komitəyə ilkin olaraq təqdim etdiyi yeni strategiyanı tamamlayacaq", - paylaşımda qeyd edilib.
Xatırladaq ki, keçmiş sədr İlqar Məmmədov sentyabrın 11-də istefa verib.