Bakıda təşkil olunacaq COP-29 tədbirinin iqlim dəyişmələri ilə bağlı problemlərin həllinə kömək edəcəyinə inanırıq.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) 79-cu Baş Assambleyasında çıxışı zamanı bildirib.
O qeyd edib ki, heç bir ölkə emissiyanın azaldılması və iqlim dəyişikliyinə uyğunlaşmanı tək başına bacara bilməz.
Ərdoğanın sözlərinə görə, bu məsələdə inkişafda olan ölkələr üçün ən vacib amillərdən biri maliyyə, texnologiya idxalı və imkanların artırılmasıdır.