“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Köçərli Fəriş oğlu Həsənov vəfat edib.

“Unikal” xəbər verir ki, K.Həsənov dünən gecə saatlarında Türkiyənin İstanbul şəhərində müayinə olunduğu Memorial Şişli xəstəxanasında vəfat edib.

Xatırladaq ki, Köçərli Həsənov 10 noyabr 1961-ci ildə Saatlı rayonunun Əlisoltanlı kəndində anadan olub. O, uzun illər “Azərsu” ASC-nin sədrinin müavini vəzifəsində işləyib, bir müddət isə sədr vəzifəsini icra edib. Bu il “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin İdarə Heyətinə sədr təyin olunub.