Moskva Dövlət Universitetinin Fəlsəfə fakültəsinin tələbəsi Anton Vydra Rusiyada döyüş bölgəsində ölüb.
"Unikal" xəbər verir ki, bu barədə universitet məlumat yayıb.
Qeyd olunub ki, tələbə İsraildəki müharibədən sonra Rusiyaya sığınıb. Burda isə onu Ukraynadakı müharibəyə aparıblar.
Fəlsəfə fakültəsinin dekanı Aleksey Kozırev bildirib ki, tələbənin ikili vətəndaşlığı var. O, xüsusi olaraq səfirliyə gedib və özünü daha çox rus kimi təqdim etdiyi üçün İsrail vətəndaşlığından imtina edib: "Bundan sonra Vydra akademik məzuniyyət götürdü və könüllü olaraq Donbasa getdi".
Ağarza Elçinoğlu