İsrailin baş naziri Benyamin Netanyahunun ofisi bəyanat yayıb.
"Unikal" xəbər verir ki, bəyanatda 12 ölkənin Livanla bağlı atəşkəs razılaşmasına İsrail tərəfindən aydınlıq gətirilib.
İsrail baş nazirinin ofisi Netanyahunun bu təklifə “cavab vermədiyini” bildirib.
Bəyanatda həmçinin bildirilir ki, İsrailin baş naziri İsrail hərbçilərinə “tam güclə və ona təqdim olunan planlara uyğun olaraq döyüş əməliyyatlarını davam etdirməyi” tapşırıb.
Bundan əvvəl ABŞ və Fransanın başçılıq etdiyi 12 ölkə Livanda 21 günlük atəşkəs rejimini dəstəkləyib.