"Hizbullah"ın baş katibi Seyid Həsən Nəsrullah sağ-salamatdır.
"Unikal" xəbər verir ki, bu barədə məlumatlı mənbələr "Tasnim" agentliyinə bildiriblər.
İsrailin Beyruta hava hücumu zamanı Livan müqavimət hərəkatının yüksək rütbəli liderlərindən heç biri öldürülməyib.
Onlar İsrail ordusunun keçirdiyi əməliyyatın uğursuzluqla başa çatdığını təsdiq ediblər. Bundan əvvəl Nəsrullahın İsrail rejiminin genişmiqyaslı hava hücumu zamanı hədəfə çevrildiyi barədə xəbərlər yayılmışdı.