Fələstinin "Həmas" hərəkatı Beynəlxalq Cinayət Məhkəməsini (ICC) "Hizbullah"ın baş katibi Həsən Nəsrullahın qətli ilə bağlı tədbir görməyə çağırıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, "Həmas" onun ölümündə ABŞ-ni günahlandırıb.
"Biz "Hizbullah" qardaşlarımızla həmrəyliyimizi və dəstəyimizi bir daha təsdiqləyirik və Beynəlxalq Cinayət Məhkəməsini sionist təşkilatın liderlərini müharibə cinayətkarı kimi təqib etmək və həbs etmək üçün lazımi tədbirlər görməyə çağırırıq.
"Həmas" və "Hizbullah" İsrailə qarşı vahid cəbhə yaratdıqlarını elan edirlər", - hərəkat bildirib.
Ağarza Elçinoğlu