Lüksemburqun baş nazirinin müavini, xarici işlər və xarici ticarət naziri Ksavye Bettel Ermənistan-Azərbaycan münasibətlərinə toxunub.
"Unikal" xəbər verir ki, bu barədə o, BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxışı zamanı bildirib.
"Yaxın gələcəkdə Bakıda COP29-un keçirilməsi gözlənilir və düşünürəm ki, bu, bizim üçün çox vacib məqam olacaq. Bu gün bizim Azərbaycanla Ermənistan arasında münaqişə var və mən ümid edirəm ki, bu münaqişə COP29-a qədər həll olunacaq. Gəlin bunu edək, sülh üçün öhdəlik götürək, Azərbaycan.
Gəlin göstərək ki, Bakıya gəlməkdən qürur duya bilərik, hamının sevinəcəyi nəticələrlə fəxr edə bilərik, düşünmədən. Bəlkə sabah Ermənistanla Azərbaycan arasında münaqişə yaranacaq? Bu, həqiqətən tövsiyə edə biləcəyim şeydir", - deyə o qeyd edib.
Ağarza Elçinoğlu