İrəvanda kollecdə 16 yaşlı yeniyetmələr arasında bıçaqlanma baş verib.
"Unikal" xəbər verir ki, bir yeniyetmə sol bud nahiyəsindən yaralanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Kollec direktoru polisə həmin gəncin stolun iti küncünə çırpıldığı üçün yaralandığını bildirərək hadisəni ört-basdır etməyə çalışıb. Lakin müəyyən edilib ki, 16 yaşlı yeniyetmələr arasında mübahisə yaranıb və nəticədə onlardan biri bıçaqlanıb.
Faktla bağlı cinayət işi başlanıb.