Şirvanda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Unikal"ın məlumatına görə, Şirvan-Salyan avtomobil yolunun Şirvan şəhərinin Hacıqəhrəmanlı qəsəbəsindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "Priora"markalı minik maşını idarəetmədən çıxaraq dərəyə aşıb. Qəza zamanı Hacıqəhrəmanlı qəsəbə sakinləri 2001-ci il təvəllüdlü Elçin Səmədov,1989-cu il təvəllüdlü Ceyhun Səmədov, 2007-ci il təvəllüdlü  Həsən Müslümov  və 2008-ci il təvəllüdlü Fatimə Nəsirova xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Yaralıların 4-ü də  vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki,qəzaya düşənlər hamısı qohumdular. Faktla bağlı araşdırma aparılır.

***22:56

Şirvan ərazisində minik avtomobilinin aşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, hadisə Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbəsi ərazisində qeydə alınıb. Ceyhun Səmədovun idarə etdiyi "VAZ" markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Hadisə nəticəsində sürücü, eləcə də avtomobildə olan 3 nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.