Mark Zukerberqin sərvəti ilk dəfə olaraq 200 milyard dolları ötüb. "Facebook" qurucusu tarixdə bu həddə çatan dördüncü şəxs olub. 

"Unikal" xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb. 

Zukerberq 2021-ci ildə "Facebook" əsasında "meta versiya" yaratmaq niyyətini açıqlayanda bu, “onu 100 milyard dollar xalis sərvətdən məhrum edə biləcək böyük səhv” kimi görünürdü.

Bununla belə, sonda investorlar bu ideyaya inandılar və indi o, “öz səmərəsini verir” – "Meta" səhmlərinin kəskin artması səbəbindən Zukerberqin xalis sərvəti iki ildən az müddətdə demək olar ki, altı dəfə artıb.