London Milli Qalereyasında məşhur rəssam Vinsent Van Qoqun iki əsəri vandalizmə məruz qalıb.
"Unikal" xəbər verir ki, "Şairlər və Sevgililər" sərgisində nümayiş etdirilən "Günəbaxanlar" (1888 və 1889) rəsmlərinə şorba atılıb.
Polis şübhəlilərdən 61 yaşlı Stefen Simpson, 77 yaşlı Meri Somervil və 24 yaşlı Fillipa Qrini hadisə yerində polis saxlayıb. London polisi onların zərər vurmaq ittihamı ilə məhkəmə qarşısına çıxacaqlarını bildirib.
Milli Qalereya zərər vurulan tabloların daimi ekspozisiyadan müvəqqəti çıxarıldığını, lakin hər hansı bir zədə aşkarlanmadığı üçün bir neçə saat sonra yerinə qaytarıldığını bildirib.