ABŞ-nin keçmiş prezidenti Con Kennedinin sui-qəsd cəhdindən sonra xəstəxanaya çatdırılmasının görüntüləri hərraca çıxarılıb.
"Unikal" "Associated Press"ə istinadən xəbər verir ki, Kennedinin Dallas şossesi ilə xəstəxanaya doğru getməsinin görüntüləri hərracda 137 500 dollara satılıb.
Görüntülərdə Con Kennedinin Texas ştatında həyat yoldaşı Jaklinlə prezident kortecində gedərkən tüfəngdən açılan atəş nəticəsində ölümcül yaralanması əks olunub. 8 mm-lik rəngli görüntülər Bostondakı "RR" Hərracında satışa çıxarılıb. Görüntüləri alan şəxsin kimliyinin anonim olduğu bildirilib.
Zərifə Nağıyeva