"Livan özünü müdafiə edə biləcəyini sübut etdiyi üçün İran Hizbullaha qoşun göndərmək niyyətində deyil".
"Unikal" xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kanani SNN telekanalına müsahibəsində deyib.
Nazirlik İranın müharibədən qorxmadığını, lakin müharibəyə başlamaq istəmədiyini və təhlükəsiz və sabit Yaxın Şərqin tərəfdarı olduğunu vurğulayıb.
Eyni zamanda Tehran Yaxın Şərqdəki müqavimət qüvvələrinə İsrailə qarşı mübarizədə dəstək vermək niyyətindədir.
Gülayə Mecid