İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Beyrutun cənub ətrafına zərbələr endirməyə başlayıb.
"Unikal" TASS-a istinadən xəbər verir ki, Rafik Həriri adına Beynəlxalq Hava Limanına gedən magistral yolda yerləşən Burc əl-Barajna qaçqın düşərgəsindən güclü partlayış səsləri eşidilir.
Bundan əvvəl İsrail ordusunun sözçüsü Beyrutun cənubundakı Haret Horeik və El-Leylaki məhəllələrinin sakinlərinə yaxın gələcəkdə hava hücumlarının hədəfi olacaq bir neçə binanın tərk edilməsinin zəruriliyi barədə xəbərdarlıq etmişdi.
*** 23:52
İsrail ordusunun anonsunu verdiyi quru əməliyyatı çərçivəsində Livan ərazisinə daxil olduğu bildirilir.
"Unikal" xəbər verir ki, yerli jurnalistlər xəbər verir ki, İsrailin zirehli texnikası Metula bölgəsində Livanla sərhədi keçib, Livanın cənubunda dəfələrlə elan etdiyi quru əməliyyatlarını başladıb. İsrailin sərhəddə 20 kilometrlik bufer zona yaratmağı planlaşdırıdığı bildirilir.
Yerli media baş verənləri Üçüncü Livan Müharibəsi adlandırıb. Hazırda İsrail ordusunun istehkamçıları Livanın cənubunda maneələri aradan qaldırır.
Livanlı mənbələrin verdiyi məlumata görə, Livan qoşunları Livanın cənub sərhədi boyunca İsraillə sərhədin beş kilometr şimalındakı mövqelərdən geri çəkilib.
Geri çəkilmə İsrailin Livanın cənubuna qaçılmaz quru işğalının əlamətlərinin artması fonunda baş verir. Eyni şəkildə, Livan ordusunun rəsmisi “AFP”yə bildirib ki, Livan ordusu geri çəkilmir, lakin cənub sərhədində yerləşdirilmiş qoşunları hərəkətə gətirir və yenidən qruplaşdırır.
ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib ki, İsrail Livanda bir sıra məhdud quru əməliyyatları barədə ABŞ-ı məlumatlandırıb.