Londonun Finsbury Parkında açılan Yum Bug restoranı tamamilə həşərat yeməklərindən ibarət menyusu ilə diqqət çəkir.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, ekoloji cəhətdən təmiz və davamlı qidaların gələcəyi olaraq görülən restoran, kriketlərdən hazırlanan dadlı və zülalla zəngin yeməklərlə müştərilərinə fərqli qastronomik təcrübə təqdim edir.
Böyük marağa səbəb olan restoran müştərilərinə fərqli təamlar təqdim edir.