Meksikada hərbçilər sərhəd bölgəsində patruldan qaçmağa çalışan bir qrup miqrantı atəşə tutublar; altı nəfər ölüb, on nəfər yaralanıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ölkənin cənubundakı Çiapas ştatının Vistula şəhəri yaxınlığında, Qvatemala ilə sərhədə yaxın ərazidə baş verib.
Meksika Müdafiə Nazirliyinin məlumatına görə, 33 miqrantın olduğu yük maşını hərbi patruldan qaçmağa çalışıb. Onun ardınca ərazidəki cinayətkar dəstələrin istifadə etdiyi avtomobillərə oxşar iki avtomobil gəlib.
Meksika Müdafiə Nazirliyi hərbçilərin partlayış səsləri eşitdiyini, bundan sonra onlardan ikisinin atəş açdığını bildirib.
Dörd miqrant hadisə yerində, ikisi xəstəxanada ölüb.
Gülayə Mecid